Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Böyük güclər beynəlxalq hüquqa hörmət etmir”
 “Böyük güclər beynəlxalq hüquqa hörmət etmir”
Siyasət

“Böyük güclər beynəlxalq hüquqa hörmət etmir” -Pərvanə Vəliyeva

Xpress.az Redaksiyası 08.01.2026 12:16

ABŞ-nin 66 beynəlxalq təşkilatdan, o cümlədən BMT qurumlarından çəkilməsi qlobal idarəetmə sisteminə necə təsir göstərə biləcəyi və bu prosesin Azərbaycanın xarici siyasət maraqları baxımından hansı risk və imkanlar yarada biləcəyi dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xpress.az-a açıqlamasında bildirib ki, ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır. Bunlara ECOSOC komisiyaları, UN Women, UN Alliance of Civilisations, UNFCCC, Peacebuilding Commission, Peacebuilding Fund, Avropa Şurasının Venesiya Komissiyası və digər qurumlar daxildir. Deputat qeyd edib ki, Prezident Donald Tramp ötən ilin sentyabrında BMT-nin 80 illik yubiley assambleyasında çıxışı zamanı əslində bu qərarın siqnallarını vermişdi.

Pərvanə Vəliyeva vurğulayıb ki, beynəlxalq düzəndə çoxtərəflilik uzun müddətdir böhran içindədir və hazırda bu böhran pik həddinə çatıb. Gücə əsaslanan beynəlxalq düzən BMT-nin və beynəlxalq hüququn rolunu minimuma endirib. Prezidentin yerli TV kanallarına verdiyi müsahibədə dediyi kimi, “kim güclüdürsə, hüquq onun tərəfindədir”. Deputatın sözlərinə görə, bu vəziyyətin yaranmasında əsas məsuliyyət böyük güclərin üzərinə düşür, çünki onlar beynəlxalq hüquqa hörmət etməyir və öz maraqları naminə onun norma və prinsiplərini kobud şəkildə pozurlar. Nəticədə beynəlxalq təşkilatlar qlobal və regional məsələlərdə ciddi rol oynaya bilmir və onlara ödənilən illik üzvlük haqqı faydasız görünür.

Deputat xatırladıb ki, Azərbaycan da torpaqları işğal altında olduğu dövrdə beynəlxalq hüququn işləməməsi səbəbindən ciddi problemlərlə üzləşib. 30 ilə yaxın davam edən sülh danışıqları nəticə verməyib, qeyri-qanuni işğala son qoyulmayıb. ATƏT-in Minsk qrupu uğursuz olub, 4 BMT qətnaməsi isə kağız üzərində qalıb.

Pərvanə Vəliyeva bildirib ki, hazırda dövlətlərarası münasibətlərdə əsas rol tərəfdaşlıqlar, güclü müttəfiqliklər, qarşılıqlı inam və iqtisadi fayda üzərində qurulur.

Afaq Qurbanzadə, Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək