Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan qazı artıq Avropada:
Azərbaycan qazı artıq Avropada:
Siyasət

Azərbaycan qazı artıq Avropada: Enerji təhlükəsizliyində yeni dövr başlayır

Xpress.az Redaksiyası 16.01.2026 16:31

Naqif Həmzəyev: "Avropa Liderləri Azərbaycanın Enerji Təhlükəsizliyindəki Fəal Rolunu Yüksək Qiymətləndirir"

Azərbaycan qazının artıq Avstriya və Almaniya bazarlarına çıxması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Bəs bu addım Azərbaycanın geosiyasi mövqeyinə və Avropa İttifaqı ilə enerji əməkdaşlığının gələcək perspektivlərinə hansı strateji təsirləri göstərə bilər? Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv rol oynayır. TAP və TANAP layihələri vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması artıq reallaşıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazına tələbat daha da artıb. Bu isə Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycanla iki tərəfli və çox tərəfli enerji danışıqlarına marağını artırıb.

Naqif Həmzəyev vurğulayıb ki, bu məsələ dövlət başçısı tərəfindən dəfələrlə beynəlxalq görüşlərdə diqqətə çatdırılıb və eyni zamanda Avropa liderləri Azərbaycanın enerji təhlükəsizliyindəki fəal rolunu yüksək qiymətləndiriblər. Hazırda Avstriya və Almaniyanın Azərbaycan qazını əldə etməsi göstərir ki, interkonnektorlar vasitəsilə qazın effektiv şəkildə ötürülməsi təmin olunub. Yaxın illərdə yeni müqavilələrin imzalanması isə Azərbaycan qazının ötürülmə potensialını maksimuma çatdıracaq.

Deputat əlavə edib ki, Orta Asiyada yerləşən qardaş ölkələrin enerji resurslarının Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa ölkələrinə çatdırılması da mümkün olacaq. Eyni zamanda, Azərbaycan yaşıl enerji resurslarının Qara dəniz dibi ilə Avropaya ötürülməsi layihəsi üzərində də aktiv işləyir ki, bu da yaxın gələcəkdə reallaşacaq.

deyə, Naqif Həmzəyev qeyd edib, “Azərbaycan günü-gündən Avropa enerji təhlükəsizliyində rolunu və önəmini artırır. Avropa İttifaqı Azərbaycanla bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Klassik enerji resursları ilə yanaşı, yaşıl enerji resurslarının da Avropaya ixracı təmin olunduqdan sonra Azərbaycanın bu sahədəki payı daha da artacaq.”

Afaq Qurbanzadə, Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək