Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Misir Prezidenti beynəlxalq konfrans iştirakçıları...
Misir Prezidenti beynəlxalq konfrans iştirakçılarını qəbul edib -
Siyasət

Misir Prezidenti beynəlxalq konfrans iştirakçılarını qəbul edib - FOTO

Xpress.az Redaksiyası 21.01.2026 14:57

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İslam Məsələləri üzrə Ali Şuranın təşkilatçılığı ilə keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüb.

Bu barədə Xpress.az-a Komitədən məlumat verilib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.

Misir Prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, konfrans müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platformadır. Əbdülfəttah əs-Sisi Konfrans çərçivəsində aparılan müzakirələrin İslam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və İslamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.

Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub. Konfrans Misir Prezidentinin himayəsi altında keçirilir, İslam Məsələləri üzrə Şura və Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək