Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Qrenlandiyadan Venesuelaya:
Qrenlandiyadan Venesuelaya:
Siyasət

Qrenlandiyadan Venesuelaya: Trampın gizli qlobal planı nədir?

Xpress.az Redaksiyası 22.01.2026 13:46

ABŞ-nın Qrenlandiyaya qarşı atdığı son addım, eləcə də Avropa ilə ticarət əlaqələrinin gərginləşməsi dünya ictimaiyyətində suallar doğurur. Bəzi siyasətçilər ümumiyyətlə Donald Trampın mövqeyini qeyri-adekvat qiymətləndirirlər. Trampın Venesuela, Qrenlandiya və hətta bəzi hallarda İrana qarşı sərgilədiyi siyasət onun əslində nə əldə etmək istədiyi ilə bağlı suallar yaradır. Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, Trampın Venesuela, Qrenlandiya və İrana qarşı siyasəti bir neçə strateji və geosiyasi amilə əsaslanır. Bu siyasətin hər bir istiqaməti ABŞ-ın qlobal gücünü qorumaq və eyni zamanda müəyyən regionlarda təsir imkanlarını artırmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, Venesuela ilə bağlı yürüdülən siyasət bu ölkənin zəngin neft ehtiyatlarına malik olması ilə əlaqədardır. Donald Tramp Venesuela üzərində nəzarəti gücləndirməklə qlobal enerji bazarlarına təsir imkanlarını artırmağa çalışır. Bununla yanaşı, Venesuelanın neft resurslarına nəzarət Latın Amerikası ölkələrini Çin və Rusiyanın maraq dairəsindən uzaqlaşdırmaq məqsədi də güdür.

İranla bağlı siyasətin isə bu ölkəni nüvə proqramından çəkindirmək və Rusiyadan uzaqlaşdırmaq məqsədi daşıdığı qeyd olunur. ABŞ, əsasən Rusiya ilə sıx münasibətləri olan ölkələri öz təsiri altına salmağa çalışır. Qrenlandiya məsələsində də eyni yanaşma müşahidə olunur. Burada məqsəd Arktik regionda Çin və Rusiya kimi ölkələrin təsirini məhdudlaşdırmaqla yanaşı, adanın zəngin təbii resurslarına nəzarət etməkdir.

Ümumilikdə götürüldükdə, Donald Tramp Ruanda və ya Somali kimi zəngin olmayan ölkələrə deyil, əsasən böyük neft və qaz ehtiyatlarına malik dövlətlərə diqqət yetirir. Onun bu üç əsas istiqamətdə planlaşdırdığı siyasət ABŞ-ın dünyada hegemon mövqeyinin möhkəmləndirilməsinə və 1 nömrəli dövlət statusunun təsdiqlənməsinə hesablanıb. Donald Tramp ABŞ-ı tarixdə heç vaxt olmadığı qədər siyasi, iqtisadi və hərbi baxımdan güclü bir dövlət kimi dünyaya təqdim etməyə çalışır.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək