Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Davosdan verilən mesaj:
Davosdan verilən mesaj:
Siyasət

Davosdan verilən mesaj: Azərbaycan qlobal gündəmin aparıcı ölkələrindəndir

Xpress.az Redaksiyası 22.01.2026 16:57

Davos İqtisadi Forumunda dövlət və hökumət başçıları, eləcə də dünyanın aparıcı transmilli şirkətlərinin rəhbərləri Prezident İlham Əliyevlə görüşmək təşəbbüsü göstərmiş və baş tutan görüşlərdə müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan qlobal gündəmdə önəmli və nüfuzlu ölkə hesab olunur.

Bu sözləri Xpress.az-a Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirib.

"Davos İqtisadi Forumu siyasi və iqtisadi sənədlərin imzalanmadığı platforma olsa da, böyük təsir gücünə malikdir. Prezident İlham Əliyevin Forumdakı iştirakı və səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan qlobal proseslərdə aktiv rol oynayır. Ölkəmiz Avrasiyanın enerji təhlükəsizliyi, həmçinin nəqliyyat-loqistika məsələlərində öncül dövlətlərdəndir. Azərbaycan artıq enerji ixrac edən ölkə olmaqla yanaşı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları üzərində yerləşən strateji tranzit ölkə kimi də çıxış edir. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən və dövlətlərarası iqtisadi əlaqələrin inkişafına böyük töhfə verən önəmli məkandır.

Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ölkəmiz hərbi, siyasi və diplomatik səylərlə Cənubi Qafqazda stabillik və əmin-amanlıq təmin edib, əbədi sülhü bərpa edib. Artıq Ermənistan rəhbərliyi də Azərbaycanın yaratdığı bu reallığı qəbul edir və regionun inkişafı üçün optimal variant olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev "Euronews"ə müsahibəsində dünyada baş verən iqtisadi problemlərə dair mövqeyini də açıqlayıb. O, müasir dünyada güc amilinin beynəlxalq hüququ üstələdiyini qeyd edib. Azərbaycanın torpaqları 30 il işğal altında qalmış, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan silahlı qüvvələri əraziləri tərk etməmişdi. Lakin Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq torpaqlarını həm hərbi, həm də siyasi yollarla işğaldan azad edib.

Bu gün Azərbaycan regionda güclü və nüfuzlu dövlət olmasına baxmayaraq, hər zaman beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir. Ölkəmiz Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi baxımdan güclü dövlət olmaqla yanaşı, sülhün tərəfdarıdır. Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılmasının Avrasiya məkanına böyük töhfələr verəcəyini vurğulayıb. 30 il müharibə aparmış Ermənistan da Zəngəzur dəhlizinin açılmasından iqtisadi fayda əldə edəcək.

Dövlət başçısı Azərbaycanın bir sıra ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verdiyini də xüsusi qeyd edib. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir, onlardan 10-u Avropa ölkəsidir. Beləliklə, Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji sahəsində lider dövlət olduğunu təsdiqləyir.

Bütün bunlara baxmayaraq, Avropa Parlamenti və AŞPA Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Prezident İlham Əliyev bu qurumlara diplomatik formada layiqli cavab verib. Davos İqtisadi Forumunda ölkə başçısı bir daha göstərdi ki, Azərbaycan qlobal iqtisadi arenada lider dövlət kimi çıxış edir."

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək