Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət " Azərbaycan Davosdan dünyaya səs saldı"
" Azərbaycan Davosdan dünyaya səs saldı"
Siyasət

" Azərbaycan Davosdan dünyaya səs saldı" -Cavanşir Paşazadə

Xpress.az Redaksiyası 23.01.2026 18:17

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və dünyanın aparıcı siyasi-iqtisadi fiqurları ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi əməkdaşlıqların genişlənməsi və ölkəmizin qlobal gündəmdəki rolunun artması baxımından hansı konkret müsbət nəticələr vəd etməsi əsas müzakirə mövzusudur. 

Mövzu ilə əlaqəli  Milli Məclisin deputatı Cavanşir Paşazadə Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ildə həyata keçirdiyi uzunmüddətli və sistemli siyasi kurs Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə real təsir göstərib. Onun sözlərinə görə, bu siyasət balanslaşdırılmış diplomatiya, milli maraqlara söykənən qərarlar və regional sabitliyə yönəlmiş təşəbbüslərlə xarakterizə olunur.

Cavanşir Paşazadə qeyd edib ki, Davos İqtisadi Forumunda keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi nüfuz, eləcə də imzalanan yeni əməkdaşlıq və sülh yönümlü razılaşmalar ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə fəal iştirakçıya çevrildiyini nümayiş etdirir. Bu, Azərbaycanın münaqişələrdən daha çox əməkdaşlığa üstünlük verən sülhpərvər dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Deputatın sözlərinə görə, 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan əsas strateji layihələrdən biri olan Zəngəzur dəhlizinin açılması regionda geosiyasi balansın dəyişməsində mühüm rol oynayacaq. Bu layihə həm iqtisadi inteqrasiyanı gücləndirəcək, həm də bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasına ciddi zəmin yaradacaq. Eyni zamanda, məcburi köçkünlərin Böyük Qayıdışının sürətlənməsi Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi məqsədyönlü siyasətin real nəticəsi kimi qiymətləndirilir.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək