Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat 400–500 min tikili hələ də qeydiyyatsız qalıb
400–500 min tikili hələ də qeydiyyatsız qalıb
İqtisadiyyat

400–500 min tikili hələ də qeydiyyatsız qalıb - Nigar Alimova

Xpress.az Redaksiyası 29.01.2026 15:28

Azərbaycanda sənədsiz tikililərin sayı yüz minlərlə ölçülür və bu obyektlərin mühüm hissəsinin hüquqi statusu mövcud deyil.

Xpress.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə təxminən 400–500 min sənədsiz tikili mövcuddur. Qurum rəhbəri qeyd edib ki, bu tikililərin dəqiq sayının müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırmalara ehtiyac var.

Nigar Alimova vurğulayıb ki, Prezidentin imzaladığı müvafiq fərman qüvvəyə mindikdən sonra yüz minlərlə fərdi yaşayış evi dövlət qeydiyyatına alınıb. Lakin bu proses bütün tikililəri əhatə etmir və hər bir obyektin leqallaşdırılması hüquqi şərtlərdən asılıdır.

Onun sözlərinə görə, tikilinin yaşayış təyinatlı olması onun avtomatik olaraq qeydiyyata alınması demək deyil. Xüsusilə mühafizə zonalarında, yüksək təzyiqli qaz xətlərinin, dəmir yollarının və digər mühüm infrastruktur obyektlərinin ərazilərində inşa edilən tikililərin sənədləşdirilməsi qanunvericiliyə əsasən mümkün deyil.

“Bu cür tikililərdə yaşayan vətəndaşlar bəzi məişət xidmətlərindən istifadə edə bilirlər. Lakin obyektin hüquqi statusu müəyyənləşdirilənədək rəsmi dövlət xidmətlərinin göstərilməsi mümkün deyil,” – deyə qurum sədri bildirib.

Nigar Alimovanın sözlərinə görə, əsas məqsəd bir tərəfdən vətəndaşların mülkiyyət hüquqlarını qorumaq, digər tərəfdən isə şəhərsalma normalarına, təhlükəsizlik tələblərinə və torpaqdan düzgün istifadə prinsiplərinə əməl olunmasını təmin etməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək