Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Qaytarılmayan mallar, verilməyən qəbzlər
Qaytarılmayan mallar, verilməyən qəbzlər
İqtisadiyyat

Qaytarılmayan mallar, verilməyən qəbzlər - Mağazalar qanunu necə POZUR?

Xpress.az Redaksiyası 05.02.2026 09:06

Azərbaycanda istehlakçılar aldıqları məhsul xarab çıxdıqda və digər əsaslı səbəb olduqda qanunun tələbinə uyğun olaraq 14 gün ərzində onu geri qaytara və ödədikləri məbləği geri ala bilərlər. Lakin bir çox dükan bu qaydaya əməl etmir, qanuna məhəl qoymur. Məhsulu geri qaytarmağın bir şərti də malı aldığın mağazaya məxsus kassa aparatının qəbzinin olmasıdır.

Bəzi mağazalar isə kassa aparatının qəbzini müştəriyə vermir və bu yolla vergidən yayınır. Üstəlik, qəbzin olmaması aldığı məhsuldan narazı qalan, məhsulu geri qaytarmaq istəyən müştərinin işini daha da çətinləşdirir. Bu halla rastlaşan alıcıların sayı isə həddindən artıq çoxdur.

Bəs hüquqları pozulan istehlakçı bu halla qarşılaşanda nə etməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Pərviz Hacıyev belə halların çox olduğunu deyib.

Onun sözlərinə görə, müştərilər təkcə kiçik yox, böyük mağazalarda da aldadılırlar:

“Mülki Məcəllədə bununla bağlı xüsusi maddə nəzərdə tutulub ki, 14 gün ərzində məhsul geri qaytarıla bilər. Belə hallar çox olur, malı satırlar, məhsul keyfiyyətsiz çıxır, vətəndaş 14 gün ərzində aldığı kassa mədaxil qəbzi ilə mağazaya yaxınlaşmalı və geri qaytaılmasını xahiş etməlidir. Onlar da məhsulu geri götürməlidirlər.
 

Azərbaycanda bir çox mağazalar bu tələbə riayət eləmir. Bəzən yalandan elan şəklində 14 gün ərzində məhsulun  qaytarılacağını yazıb vururlar. Lakin buna əməl etmirlər. Bu nəinki balaca mağazalarda, hətta ölkədə tanınan böyük mağazalar şəbəkələrində də mövcuddur. Yəni satanda istehlakçını məhsulda problem olduğu halda qaytara biləcəyi ilə aldadırlar.


Ən çox da məişət avadanlığı satan dükanlarda belə hallar baş verir, məsələn, telefon nasaz çıxır, müştəri onu geri qaytarmaq istədikdə ona qaytarmaq əvəzinə həmin telefonu təmirə göndərirlər. Müştəri də yeni telefonun təmirə göndərilməsi ilə haqlı olaraq razılaşmır. Yəni adam 3-4 min manat verib mobil telefon alırsa və 3-4 gün ərzində o xarab olursa, problemli çıxırsa, müştəri onu geri qaytarmaq istədikdə həmin şirkət, mağaza deyə bilməz ki, bunu təmir edib sizə qaytaracam”.

Hüquqşünas bildirib ki, belə olan halda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı aidiyyatı qurum var və həmin quruma şikayət olunmalıdır:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq müştəri mülkü iddia qaydasında dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Çox vaxt vətəndaşlar bunu eləməyin marağında olmurlar.
 

Məsələn, bir ayaqqabı üçün iddia ərizəsi yazmaq, məhkəməyə müraciət etmək, yol xərci və vaxta görə bundan imtina edirlər. Amma təbii ki, qanunvericiliyə uyğun olaraq iddia ərizəsi ilə müraciət edə bilər və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Əgər bu sistematik hal daşıyırsa, hüquq-mühafizə orqanlarına da müraciət etmək olar.


Yəni kütləvi şəkildə istehlakçılar aldadılırsa, zay məhsul satılırsa və 14 gün ərzində geri götürülmürsə, demək ki, burada hansısa cinayət əməlləri də ola bilər. Amma bu o zaman ola bilər k, burada kütləvilik olsun. Mağaza harada yerləşirsə, həmin ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək