Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Nazirlik universitetə, universitet nazirliyə yönlə...
Nazirlik universitetə, universitet nazirliyə yönləndirir
İqtisadiyyat

Nazirlik universitetə, universitet nazirliyə yönləndirir – UNEC məzunları çıxılmaz vəziyyətdə

Xpress.az Redaksiyası 05.02.2026 11:23

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024–2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmədiklərini bildirirlər.
Məzunların Xpress.az-a açıqlamasında məsələ ilə bağlı müraciət etdikləri qurumlardan onlara aydın və konkret cavab verilmir. Onlar dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etsələr də, hər dəfə universitetə yönləndirildiklərini deyirlər.
“Müraciət etdikdə Nazirlik bildirir ki, UNEC-ə müraciət etməliyik. Universitetə yaxınlaşanda isə deyirlər ki, sənədlər hələ ötən ilin avqust ayında nazirliyə təqdim olunub və hazırda prosesə Elm və Təhsil Nazirliyi baxır”, – deyə məzunlar bildirirlər.
Məzunların sözlərinə görə, problemin həlli ilə bağlı aidiyyəti qurumların məsul şəxsləri ilə görüşmək istəsələr də, qəbul edilmirlər.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən açıqlamada bildirilib ki, Dərbənd filialının 2024–2025-ci il məzunlarına diplomların verilməsi üçün tələb olunan sənədlər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim olunub. Lakin məzunlar qeyd edirlər ki, bu günə qədər Agentlikdən onlara hər hansı rəsmi məlumat verilməyib.
Nəticədə məzunlar diplomlarını ala bilmədikləri üçün işlə təmin oluna bilmədiklərini vurğulayırlar.
Qeyd edək ki, oxşar vəziyyət ötən ilin 2023–2024-cü tədris ili üzrə məzunlarının da başına gəlmişdi. Həmin məzunlar bütün dərs və imtahanlarda iştirak etmələrinə, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmələrinə baxmayaraq, diplomlarını ala bilməmişdilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək