Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Kənan Quluzadə: “2026-cı il turizm üçün uğurlu ola...
Kənan Quluzadə: “2026-cı il turizm üçün uğurlu olacaq” -
Cəmiyyət

Kənan Quluzadə: “2026-cı il turizm üçün uğurlu olacaq” - VİDEO

Xpress.az Redaksiyası 23.02.2026 13:06

Azərbaycan Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramında turizmin inkişaf perspektivlərinə həsr edilmiş geniş reportaj yayımlanıb.

Xpress.az xəbər verir ki, reportajda 2025-ci ilin ölkə turizmi üçün “Dönüş ili” olduğu vurğulanıb.

Qeyd olunub ki, ötən il Azərbaycan turistləri sadəcə cəlb edən deyil, dayanıqlı və keyfiyyətli turizm modeli qurmaq iqtidarında olan dövlət kimi qiymətləndirilib. Növbəti illərdə təkcə Azərbaycana gələnlərin sayını artırmaq yox, onların ölkəmizdə qalma müddətini uzatmaq, xərclərini azaltmaq və məmnunluq səviyyəsini yüksəltmək əsas məqsəd olmalıdır. Bir sözlə, bu sektorda dövlət-özəl əməkdaşlığı, rəqəmsallaşma, yaşıl standartlar 2026-cı ilin “Sıçrayış ili” olacağını söyləməyə əsas verir.

Reportajda bildirilib ki, 2025-ci ildə Azərbaycana gələn xarici qonaqların sayında azalma müşahidə edilsə də, turizm sənayesində Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 7,4 faiz artıb. Ölkə turizminin qeyri-neft-qaz sektoru üzrə ÜDM-də payı isə 0,5 faiz artıb. 2026-cı ildə turizmin inkişafı ilə bağlı proqramın daha da genişləndirilməsi hədəflənib.

Reportajda Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin fikirlərinə də yer verilib. Müşavir söyləyib ki, 2026-cı il turizm üçün uğurlu olacaq: “Biz hədəf kimi yaxın qonşu ölkələri seçmişik. Bu, ənənəvi bazarlarımızdır. Bununla yanaşı, Yaxın Şərq, İsrail, Cənubi Asiya və Çin bazarları da hədəf seçilib. Biz həm onlayn, həm də oflayn tədbirlər keçirəcəyik. Bu, sosial şəbəkələrdə rəqəmsallaşma, digital və sair marketinqin aparılmasıdır. Eyni zamanda sərgilər, rodşoular, seminarlar, veb-seminarlar keçiriləcək, müştərilərlə biznes səviyyəsində iş həyata keçiriləcək. Bütün bunların nəticəsi olaraq hesab edirik ki, 2026-cı ildə həm keyfiyyətdə, həm də kəmiyyətdə artıma nail ola biləcəyik”.

Daha ətraflı videosüjeti izləyə bilərsiniz:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək