Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Naxçıvanda sahibkarlarla maarifləndirici görüş keç...
Naxçıvanda sahibkarlarla maarifləndirici görüş keçirilib
İqtisadiyyat

Naxçıvanda sahibkarlarla maarifləndirici görüş keçirilib

Xpress.az Redaksiyası 27.02.2026 14:20

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Bu barədə Xpress.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, sahibkarlıq subyektlərinin nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri, sahibkarların bu sahədə öhdəlikləri və mövcud nəzarət mexanizmləri barədə izahlar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun şəkildə təmin olunması və sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirməyə davam edir. Bu istiqamətdə növbəti tədbir Naxçıvan Muxtar Respublikasında ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə baş tutub.  

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici görüşdə  Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib.

Təqdimat zamanı Agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri və istehlakçıların əsas hüquqları və bu sahədə mövcud qanunvericiliyin tələblərinə dair ətraflı məlumat verilib. Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun əhəmiyyəti diqqətə çatdırılıb, onların vəzifə və öhdəlikləri izah edilib, müvafiq tövsiyələr verilib. Həmçinin sözügedən sahədə hüquqi savadlılığın artırılması istiqamətində Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən bəhs olunub.

Sonda sahibkarların ünvanladığı suallar praktiki nümunələr əsasında cavablandırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək