Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə ə...
“Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib
İqtisadiyyat

“Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib

Xpress.az Redaksiyası 27.02.2026 16:54

Seminarda satınalma proseslərində mövcud çağırışlar, qanunvericiliyin tətbiqi təcrübəsi, mümkün risklərin idarə olunması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə edilib.

Xpress.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə bir sıra büdcə təşkilatlarının və publik hüquqi şəxslərin əməkdaşları üçün “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd dövlət satınalmaları sahəsində mütəxəssislərin potensialının artırılması ilə mümkün nöqsanların qarşısının alınması, eləcə də preventiv yanaşmaların və effektiv nəzarət mexanizmlərinin təqdim edilməsidir.

Tədbir zamanı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də satınalma proseslərinin daha səmərəli təşkili baxımından audit nəticələrinin önəmi barədə məlumat verilib. Həmçinin audit orqanının tövsiyələrinə əsaslanaraq təkmil hüquqi çərçivənin tətbiqini dəstəkləyən institusional strukturların, əməliyyat qabiliyyətlərinin və bazar şəraitinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində təşkilatçı qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, habelə satınalma müqaviləsinin tərtibi qaydaları izah olunub. Qeyd edilib ki, dövlət satınalmaları sahəsində auditlərin aparılması müvafiq sahədə daxili nəzarət mexanizmlərinin gücləndirilməsi,  xüsusilə  mümkün risklərin vaxtında müəyyən edilərək aradan qaldırılması baxımından olduqca vacibdir.

Tədbirdə satınalma proseslərinin həyata keçirilməsi zamanı müşahidə edilən əsas çətinliklər diqqətə çatdırılıb, praktiki nümunələr üzərindən müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırılıb. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək