Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qo...
Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qoya bilər?
İqtisadiyyat

Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qoya bilər?

Xpress.az Redaksiyası 02.03.2026 09:52

Bəzi hallarda işçinin iş yerinə dostu və ya tanışı gəlir və rəhbərlik buna etiraz edərək qonağın başqa yerdə qəbul edilməsini tələb edir. Halbuki tez-tez deyilir ki, işçinin motivasiyası və xoşbəxtliyi də önəmlidir. Bu kimi hallarda şirkət işçinin iş yerində qonaq qəbul etməsinə müdaxilə edə bilərmi? 

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi iş vaxtı ərzində işəgötürənin ona həvalə etdiyi vəzifə və tapşırıqları yerinə yetirməlidir. Onun sözlərinə görə, iş yerinin təşkili və daxili qaydaların müəyyən edilməsi isə işəgötürənin səlahiyyətinə daxildir. Bu münasibətlər qarşılıqlı razılaşma və əmək müqaviləsi çərçivəsində tənzimlənir.

O bildirir ki, işçinin motivasiyası və psixoloji vəziyyəti vacib amildir: "Qısa - məsələn, 5-10 dəqiqəlik bir görüş bəzi hallarda işçinin əhvalını yüksəldə və işə daha motivasiyalı qayıtmasına səbəb ola bilər. Lakin hər görüş müsbət nəticə doğurmur. Mənfi xəbərlər, şəxsi münaqişələr və ya emosional gərginlik iş prosesinə təsir göstərə bilər. Bundan əlavə, iş vaxtı ərzində baş verən hər hansı hadisəyə görə müəyyən hallarda işəgötürənin də hüquqi məsuliyyəti yarana bilər".

Ekspert qeyd edir ki, müasir ofis və biznes mərkəzlərində təhlükəsizlik qaydaları ciddi şəkildə tətbiq olunur: "Xüsusilə plazalarda və qorunan inzibati binalarda kənar şəxslərin girişinə məhdudiyyətlər mövcuddur. Bu, şirkətlərin məxfi məlumatlarının qorunması, kommersiya sirrinin saxlanılması və ümumi təhlükəsizlik məqsədi daşıyır. Maliyyə, hüquq və digər həssas sahələrdə çalışan işçilərin iş vaxtı şəxsi görüşlər keçirməsi xüsusilə arzuolunan deyil. 

İstehsalat və satış sahələrində isə məsələ daha da həssasdır. Məsələn, mağazada dostun yaxınlaşması işçinin diqqətinin yayınmasına və satış göstəricilərinin azalmasına səbəb ola bilər. İstehsalat müəssisələrində isə təhlükəsizlik qaydalarını bilməyən şəxslərin daxil olması qəza riskini artıra bilər. İş yerində qoruyucu vasitələrdən istifadə və təhlükəsizlik qaydalarına əməl olunması kənar şəxslər tərəfindən eyni səviyyədə təmin edilməyə bilər".

A.Həsənov hesab edir ki, belə hallarda ən optimal variant şəxsi görüşlərin iş yerində deyil, iş yerinə yaxın ərazidə və ya nahar fasiləsi zamanı təşkil edilməsidir: "Bu, həm işçinin rahat ünsiyyət qurmasına imkan yaradır, həm də təhlükəsizlik və məxfilik qaydalarının pozulmasının qarşısını alır. Əgər görüş birbaşa iş fəaliyyəti ilə bağlıdırsa - məsələn, potensial tərəfdaşlıq, startap ideyası və ya xidmət təqdimatı məqsədi daşıyırsa, bu zaman rəsmi qaydada müraciət edilərək görüş təşkil oluna bilər.

Mütəxəssisin fikrincə, işçinin xoşbəxtliyi və motivasiyası vacibdir, lakin təhlükəsizlik qaydaları, işçinin sağlamlığı və şirkətin məxfi məlumatlarının qorunması daha üstün prioritet sayılır. Bu səbəbdən işəgötürənin iş yerində qonaq qəbuluna müəyyən məhdudiyyətlər qoymaq hüququ mövcuddur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək