Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Ərzaq gəlməsə qiymət QALXACAQ - Müharibənin Azərba...
Ərzaq gəlməsə qiymət QALXACAQ - Müharibənin Azərbaycan iqtisadiyyatına
İqtisadiyyat

Ərzaq gəlməsə qiymət QALXACAQ - Müharibənin Azərbaycan iqtisadiyyatına TƏSİRİ

Xpress.az Redaksiyası 02.03.2026 13:34

İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər.

Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollara olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Onun sözlərinə görə, rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır:

Deputat izah edib ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb:

"Deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir".

Bu aspektdən, daha da konkretləşdirsək: İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər?

V.Bayramov qeyd edib ki, əgər İranın ixrac imkanları daha uzun müddət məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər:

"Belə ki, 2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış məhsullar (11.8 milyon dollar), badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərə yağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəya qurudulmuş (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü (5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyon dollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib".

Bununla yanaşı bildirib ki, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (84.8 milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (20.1 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbii barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon dollar), dinatrium karbonat (5.8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub:

"Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var".

Millət vəkili nəzərə çatdırıb ki, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanın xarıcı ticarət dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür. 2025-ci ildə illik idxalımızın 2.6 faizi İranın hesabına formalaşıb:

"Bütün bunlar ilə yanaşı, İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirlərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bu eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək