Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Azərbaycan Sənaye Sığorta”da ağır geriləmə
“Azərbaycan Sənaye Sığorta”da ağır geriləmə
İqtisadiyyat

“Azərbaycan Sənaye Sığorta”da ağır geriləmə - Mənfəət zərərə çevrildi

Xpress.az Redaksiyası 27.04.2026 18:59

“Azərbaycan Sənaye Sığorta” ASC cari ilin I rübündə 8 milyon 995 min 775 manat gəlir əldə edib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin gəlirləri 7 milyon 518 min 329 manat olub. Bu isə illik müqayisədə 1 milyon 477 min 446 manat və ya 19,7% artım deməkdir.
Şirkətin əsas əməliyyat gəlirləri cari ilin ilk 3 ayında 9 milyon 177 min 655 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 8 milyon 752 min 951 manat olub. Nəticədə əsas əməliyyat gəlirləri illik müqayisədə 424 min 704 manat və ya 4,9% artıb.

Xərclərinə gəldikdə isə, cari ilin ilk 3 ayında şirkətin xərcləri 9 milyon 089 min 911 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 032 min 197 manat təşkil edib. Bu da illik müqayisədə 2 milyon 057 min 713 manat və ya 29,3% artım deməkdir.

Şirkətin əsas əməliyyat xərcləri isə hesabat dövründə 6 milyon 341 min 614 manat olub. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 564 min 138 manat təşkil edib. Beləliklə, əsas əməliyyat xərcləri illik müqayisədə 1 milyon 777 min 475 manat və ya 38,9% artıb.

“Azərbaycan Sənaye Sığorta” hesabat dövründə 94 min 135 manat maliyyə zərəri açıqlayıb. Halbuki ötən ilin eyni dövründə şirkət 486 min 131 manat maliyyə mənfəəti əldə edib. Beləliklə, maliyyə nəticəsi illik müqayisədə 580 min 267 manat və ya 119,4% pisləşib.

Xalis mənfəətə gəldikdə isə, şirkət cari ilin I rübünü 94 min 135 manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə isə 388 min 905 manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə maliyyə nəticəsinin 483 min 041 manat və ya 124,2% pisləşməsi deməkdir.

Sığorta şirkətinin cəmi aktivləri cari ilin I rübünün sonuna 38 milyon 205 min 134 manat təşkil edib.

Ötən ilin eyni dövründə şirkətin cəmi aktivləri 34 milyon 729 min 169 manat olub. Bu isə illik müqayisədə 3 milyon 475 min 964 manat və ya 10% artım deməkdir.

“Azərbaycan Sənaye Sığorta” ASC-nin cəmi öhdəlikləri cari ilin I rübünün sonuna 28 milyon 716 min 694 manat təşkil edib.

Ötən ilin eyni dövründə şirkətin cəmi öhdəlikləri 21 milyon 924 min 820 manat olub. Bu isə illik müqayisədə 6 milyon 791 min 874 manat və ya 31% artımın olduğunu deməyə əsas verir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək