Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini...
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər -
Ana səhifə

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər - FOTO

Xpress.az Redaksiyası 28.04.2026 09:38

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

Xpress.az Azərtac-a istinadla xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hörmüzdə neft tankeri minaya düşərək yanıb

07.11.2026 14:57 Dünya

Ərdoğan İlham Əliyevi təbrik etdi

07.11.2026 14:30 Siyasət

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

07.11.2026 14:19 Gündəm

07.11.2026 13:37 Siyasət

Ağdamda ortopedik döşək istehsalı müəssisəsi açılılıb

07.11.2026 13:35 Siyasət

ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək

07.11.2026 13:30 Gündəm

Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı

07.11.2026 13:15 Gündəm

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07.11.2026 12:33 Siyasət

Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 11:55 Siyasət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışını edib

07.11.2026 09:44 Siyasət

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək