Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra...
Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra
Ana səhifə

Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra AÇILIŞI OLUB - FOTO

Xpress.az Redaksiyası 28.04.2026 10:08

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Xpress.az Azərtac-a istinadla xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hörmüzdə neft tankeri minaya düşərək yanıb

07.11.2026 14:57 Dünya

Ərdoğan İlham Əliyevi təbrik etdi

07.11.2026 14:30 Siyasət

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

07.11.2026 14:19 Gündəm

07.11.2026 13:37 Siyasət

Ağdamda ortopedik döşək istehsalı müəssisəsi açılılıb

07.11.2026 13:35 Siyasət

ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək

07.11.2026 13:30 Gündəm

Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı

07.11.2026 13:15 Gündəm

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07.11.2026 12:33 Siyasət

Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 11:55 Siyasət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışını edib

07.11.2026 09:44 Siyasət

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək