Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi il...
Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə
Ana səhifə

Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə TANIŞLIQ - FOTO

Xpress.az Redaksiyası 28.04.2026 10:15

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.

Xpress.az Azərtac-a istinadla xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.

Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “ABAD”çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hörmüzdə neft tankeri minaya düşərək yanıb

07.11.2026 14:57 Dünya

Ərdoğan İlham Əliyevi təbrik etdi

07.11.2026 14:30 Siyasət

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

07.11.2026 14:19 Gündəm

07.11.2026 13:37 Siyasət

Ağdamda ortopedik döşək istehsalı müəssisəsi açılılıb

07.11.2026 13:35 Siyasət

ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək

07.11.2026 13:30 Gündəm

Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı

07.11.2026 13:15 Gündəm

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07.11.2026 12:33 Siyasət

Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 11:55 Siyasət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışını edib

07.11.2026 09:44 Siyasət

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək