Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Zəfər Paradı –
Zəfər Paradı –
Siyasət

Zəfər Paradı – tarixi qələbənin şanlı salnaməsi

Xpress.az Redaksiyası 29.04.2026 11:33

ADPU-nun nəzdində Azərbaycan Dövlət
Pedaqoji Kollecin tarix müəllimi
Gülnarə Sadıqova İsahaq qızı
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və mülki ərazilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasına cavab olaraq Azərbaycan “Dəmir Yumruq” adlanan əks-hücum əməliyyatına başladı və bu proses Vətən Müharibəsinə çevrildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək cəmiyyəti qəti qələbə hədəfi ətrafında birləşdirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
44 günlük Vətən Müharibəsi ərzində Ali Baş Komandan mütəmadi olaraq xalqa müraciətlər etmiş, onun çıxışları xalqın ruh yüksəkliyini artıraraq milli birliyi daha da möhkəmləndirmişdir. Oktyabrın 4-dəki müraciətində Prezident düşmənə səslənərək Azərbaycanın qətiyyətini bir daha nümayiş etdirmişdir.
Oktyabrın 10-na keçən gecə Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlar nəticəsində humanitar atəşkəs elan olunsa da, Ermənistan silahlı qüvvələri bu razılaşmanı pozaraq mülki əhalini hədəf almaqda davam etmişdir. 11 oktyabr tarixində Gəncəyə edilən raket hücumu nəticəsində dinc sakinlər həlak olmuş, çoxsaylı insan yaralanmış və yaşayış infrastrukturu ciddi ziyan görmüşdür.
Oktyabr ayı boyunca Azərbaycan Ordusu ardıcıl uğurlu əməliyyatlar həyata keçirmiş, bir sıra şəhər və kəndləri işğaldan azad etmişdir. Prezident İlham Əliyev mütəmadi olaraq rəsmi açıqlamalarında bu uğurları ictimaiyyətə çatdırmışdır. Oktyabrın 20-nə qədər Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarında mühüm ərazilər azad edilmişdir.
Oktyabrın 26-da növbəti humanitar atəşkəs elan olunsa da, Ermənistan tərəfi yenə də bu razılaşmanı pozaraq cəbhə xətti boyunca və yaşayış məntəqələrinə hücumlarını davam etdirmişdir. Həmin gün Prezident İlham Əliyev Qubadlının və bir sıra yaşayış məntəqələrinin azad olunması münasibətilə xalqa müraciət etmişdir.
Oktyabrın sonlarından etibarən Azərbaycan Ordusu strateji əhəmiyyətə malik Şuşa şəhəri istiqamətində irəliləmişdir. Noyabrın 5–6-da igid əsgərlər çətin relyef şəraitində irəliləyərək düşmənlə yaxın döyüşlərə girmişlər. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən əsas hadisə olmuş və bu tarix Azərbaycan tarixinə Zəfər Günü kimi daxil olmuşdur.
Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusu digər ərazilərdə də uğurlu əməliyyatları davam etdirmiş və noyabrın 10-da əldə olunan razılaşma ilə müharibə başa çatmışdır. Bununla da Azərbaycan uzun illər işğal altında qalan torpaqlarını azad etmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur.
Bu qələbə minlərlə Azərbaycan əsgər və zabitinin şücaəti və fədakarlığı hesabına qazanılmışdır. Şəhidlərin xatirəsi daim uca tutulur, qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli fərmanına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. 2023-cü ildə Mehriban Əliyeva ilə birlikdə Prezident İlham Əliyevin Laçına səfəri bu prosesin mühüm mərhələlərindən biri olmuşdur.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ üzərində tam suverenliyi təmin olunmuşdur. Ardınca 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin bölgədən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilmişdir.
10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər Paradı bu tarixi qələbənin rəmzinə çevrilmişdir. Paradda Azərbaycan və Türkiyə rəhbərlərinin iştirakı, əldə olunan hərbi uğurların nümayişi və xalq–ordu–lider birliyinin təcəssümü xüsusi əhəmiyyət daşımışdır.
Zəfər Paradı yalnız hərbi qələbənin nümayişi deyil, həm də Azərbaycan xalqının birliyinin, iradəsinin və vətənpərvərliyinin təntənəsidir. Bu parad xalqın yaddaşında əbədi qalaraq, gələcək nəsillərə qürur və məsuliyyət hissi aşılayır. Azərbaycanın azad edilmiş torpaqlarında aparılan quruculuq işləri isə bu qələbənin davamlı və möhkəm təməl üzərində qurulduğunu göstərir.

Ədəbiyyat siyahısı 1. https://president.az/az/articles/view/48788

2. https://president.az/az/articles/view/66852

3. https://science.gov.az/az/news/open/26979

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hörmüzdə neft tankeri minaya düşərək yanıb

07.11.2026 14:57 Dünya

Ərdoğan İlham Əliyevi təbrik etdi

07.11.2026 14:30 Siyasət

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

07.11.2026 14:19 Gündəm

07.11.2026 13:37 Siyasət

Ağdamda ortopedik döşək istehsalı müəssisəsi açılılıb

07.11.2026 13:35 Siyasət

ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək

07.11.2026 13:30 Gündəm

Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı

07.11.2026 13:15 Gündəm

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07.11.2026 12:33 Siyasət

Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 11:55 Siyasət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışını edib

07.11.2026 09:44 Siyasət

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək