Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Zəngilanda yeni həyat:
Zəngilanda yeni həyat:
Siyasət

Zəngilanda yeni həyat: Böyük Qayıdışın strateji mərhələsi

Xpress.az Redaksiyası 12.05.2026 19:34

Zəngilan şəhərinin ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşən İlham Əliyevin Azərbaycan xalqının layiq olduğu Zəfərə aparan yolda keçdiyi ağır və şərəfli tarixi proseslər barədə söylədiyi fikirlər hər bir azərbaycanlıda qürur hissi yaratmaqla yanaşı, anti-Azərbaycan qüvvələrinə də ciddi mesaj oldu. Sözsüz ki, bu böyük Qələbənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti zorla ələ keçirən AXC–Müsavat cütlüyünün səriştəsiz, qorxaq və satqın rəhbərləri dövlətimizi məhvə sürükləyirdi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, ermənilər şəhər və kəndlərimizi işğal etmişdilər. Xalqımız böyük müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli Lider Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən xilas etdi və güclü dövlət quruculuğu konsepsiyasının əsasını qoydu. O, hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyini və xalqımızın doğma yurdlarına qayıdacağını qətiyyətlə vurğulayırdı.

İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bütün çıxışlarında əsas vəzifəsinin torpaqlarımızı işğaldan azad etmək olduğunu bildirirdi. Prezidentin ətrafında sıx birləşən xalqımız 2020 və 2023-cü illərdə də öz Liderinin ətrafında “dəmir yumruq” kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu.

Torpaqlarımızı işğal altında saxlamaq üçün bəzi beynəlxalq təşkilatlar və dövlətlər müxtəlif vasitələrə əl atırdılar. Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə ATƏT-in Minsk qrupunun da Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fəaliyyət apardığını vurğuladı. Minsk qrupunun əsas məqsədi münaqişəni sonsuzadək uzatmaq və Azərbaycanı işğalla barışmağa məcbur etmək idi. Lakin Prezident İlham Əliyev böyük siyasi iradə, qətiyyət və müdriklik nümayiş etdirərək bu siyasəti tam neytrallaşdırdı və xalqımıza böyük Zəfəri bəxş etdi.

Prezident İlham Əliyev Azərbaycanı yalnız müharibədə qalib dövlətə çevirmədi, eyni zamanda Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdi. Müharibədən əvvəl, müharibə dövründə və postmüharibə mərhələsində olduğu kimi, bu gün də Emmanuel Makron və onun administrasiyası regionda yaranmış yeni reallıqları qəbul etmək istəmir. Lakin artıq dünya ictimaiyyəti, eləcə də nüfuzlu və qüdrətli dövlətlər Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyirlər.

Bu gün Zəngilan işğaldan azad edilmiş digər ərazilərimiz kimi yenidən qurulur və sürətlə inkişaf etdirilir. Artıq Zəngilan təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji mərkəzlərdən birinə çevrilməkdədir. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından biri məhz Zəngilandan keçəcək. Bu marşrutlarla daşınacaq yüklər rayonun inkişafına və Azərbaycanın iqtisadi potensialının güclənməsinə böyük töhfə verəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək və bu marşrut Avropanı Asiya ilə birləşdirən Orta dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə yalnız region ölkələri üçün deyil, bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət daşıyır.

Zəngilandakı çıxışı zamanı dövlət başçısı bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması siyasətini qətiyyətlə davam etdirir və heç bir xarici qüvvə ölkəmizi bu yoldan döndərə bilməz.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hörmüzdə neft tankeri minaya düşərək yanıb

07.11.2026 14:57 Dünya

Ərdoğan İlham Əliyevi təbrik etdi

07.11.2026 14:30 Siyasət

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

07.11.2026 14:19 Gündəm

07.11.2026 13:37 Siyasət

Ağdamda ortopedik döşək istehsalı müəssisəsi açılılıb

07.11.2026 13:35 Siyasət

ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək

07.11.2026 13:30 Gündəm

Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı

07.11.2026 13:15 Gündəm

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07.11.2026 12:33 Siyasət

Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 11:55 Siyasət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışını edib

07.11.2026 09:44 Siyasət

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək