Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Kartınızdan gizli silinən pulları qaytarmağın yoll...
Kartınızdan gizli silinən pulları qaytarmağın yolları — AÇIQLAMA
İqtisadiyyat

Kartınızdan gizli silinən pulları qaytarmağın yolları — AÇIQLAMA

Xpress.az Redaksiyası 22.05.2026 20:19

Smartfon istifadəçilərinin tez-tez qarşılaşdığı problemlərdən biri də müxtəlif mobil tətbiqlərə və ya rəqəmsal xidmətlərə bilmədən abunə olunmalarıdır. Belə hallarda bank kartından mütəmadi olaraq vəsait tutulur və istifadəçi çox vaxt bu ödənişin hansı tətbiq və ya xidmət tərəfindən həyata keçirildiyini müəyyən etməkdə çətinlik çəkir. 

Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, mülki qanunvericiliyə əsasən, vətəndaşın razılığı olmadan bank kartından davamlı şəkildə vəsaitin silinməsi hüquqi mübahisə predmeti hesab oluna bilər:

"Xüsusilə istifadəçi açıq şəkildə təsdiq verməyibsə və ya abunəliyin şərtləri aydın təqdim edilməyibsə, bu hal istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, xidmət göstərən tərəf istifadəçiyə ödəniş, müddət və avtomatik yenilənmə barədə əvvəlcədən tam məlumat verməlidir. Əks halda vətəndaş həmin ödənişlərə etiraz etmək hüququna malikdir.

Belə vəziyyətdə ilk hüquqi addım banka rəsmi qaydada müraciət etməkdir. Vətəndaş kart hesabından çıxılan məbləğlərin hansı hüquqi şəxs və ya platforma tərəfindən silindiyini tələb edə bilər. Bank bu məlumatları təqdim etməli və mübahisəli əməliyyat üzrə araşdırma aparmalıdır. Əgər əməliyyat istifadəçinin iradəsi xaricində həyata keçirilibsə, bank vasitəsilə “chargeback” proseduruna başlanılması mümkündür. Bu mexanizm beynəlxalq ödəniş sistemlərində nəzərdə tutulur və müəyyən hallarda vəsaitin geri qaytarılmasına imkan verir".

Vəkil deyib ki, eyni zamanda, vətəndaş həmin platformaya yazılı qaydada etiraz göndərməli və abunəliyin ləğvini tələb etməlidir:

"Əgər xidmət göstərən tərəf istifadəçini çaşdıran üsullardan istifadə edibsə, bu, hüquqi məsuliyyət yarada bilər. Kart məlumatlarının icazəsiz istifadəsi və ya dələduzluq şübhəsi olduqda isə hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Belə hallarda kiberdələduzluq və şəxsi məlumatların qanunsuz istifadəsi məsələləri araşdırılır.

Praktik baxımdan vətəndaş mobil tətbiq mağazalarında aktiv abunəliklərini yoxlamalı, istifadə etmədiyi xidmətləri dərhal deaktiv etməlidir. Kartın onlayn ödəniş limiti və təhlükəsizlik parametrlərinin yenilənməsi də vacib addımlardandır. Hüquqi baxımdan əsas məsələ ondan ibarətdir ki, istifadəçinin məlumatlandırılmış razılığı olmadan davamlı maliyyə öhdəliyi yaradılması qanunvericilik baxımından mübahisələndirilə bilən haldır", - o bildirib.

Qısası, bank kartınızdan gizli şəkildə pul silinirsə, dərhal banka müraciət edərək ödənişi edən şirkəti tapmaq, abunəliyi ləğv etmək və beynəlxalq qaydalarla pulu geri tələb etmək hüququnuz var.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək