Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Zəngəzurla bağlı YENİ gəlişmə -
Zəngəzurla bağlı YENİ gəlişmə -
Siyasət

Zəngəzurla bağlı YENİ gəlişmə - Bakı İrəvana sərmayə yatıracaq?

Xpress.az Redaksiyası 20.07.2026 12:05

Zəngəzur dəhlizi kimi tanınan TRIPP layihəsi irəliləyir. Artıq bölgədəki müxtəlif nəqliyyat layihələrini maliyyələşdirmək üçün 200 milyon dollar kapitalı olan ayrıca investisiya fondu TRIPP+ yaradılıb”. Bunu ABŞ-nin Stenford Universitetinin erməni əslli professoru Artur Xaçikyan deyib. Sözünə davam edən Xaçikyan bildirib ki, Türkiyə və Azərbaycan layihəni idarə edəcək: “Çox güman ki, əlavə maliyyələşdirmə Türkiyə və Azərbaycan şirkətləri tərəfindən təmin ediləcək. Onlar da layihəni idarə edəcək və inşa edəcəklər. Bu halda, Mehri faktiki olaraq Türkiyə və Azərbaycanın mülkiyyətinə çevrilir”.

Xaçikyana görə, TRIPP-in gələcək perspektivi bir neçə ssenari üzrə inkişaf edə bilər: 1. TRIPP Türkiyə, Azərbaycan, ABŞ və İsrailin maliyyə və siyasi nəzarəti altında həyata keçiriləcək. O halda bu, atəşkəsdən sonra İranın növbəti hədəflərindən biri ola bilər. 2. TRIPP yeni bir formula altında reallaşacaq: Rusiya, İran, ərəb ölkələri, Çin və digərləri yeni iştirakçılar qismində layihəyə qoşulacaq. 3. Layihə dayandırılacaq”.

Erməni təhlilçiyə görə, Ukraynadakı münaqişənin gedişi böyük əhəmiyyət kəsb edəcək. “Güc balansının dəyişməsi və bu münaqişənin nəticəsi qaçılmaz olaraq Cənubi Qafqazda nüfuz bölgüsünə təsir edəcək”.

Bəs üç variantdan hansı getdikcə daha böyük aktuallıq qazanmaqdadır? Doğrudanmı Azərbaycan və Türkiyə TRIPP-ə sərmayə yatıracaq?

Deputat Elşad Musayevə görə, TRİPP layihəsi Azərbaycanla Türkiyənin maraqlarına uyğundur, lakin Rusiya, Çin də bu layihədə həvəslidir. Onun fikrincə, Orta dəhliz beynəlxalq marşrutdur və bundan imtina edən tərəf itirəcək: "Hazırda TRİPP projesi iqtisadi və strateji əhəmiyyət kəsb edir. Amma siyasi element də az deyil. Deməli, Zəngəzur dəhlizi ciddi bir rəqabət mövzusudur. Amma layihənin dayandırılması inandırıcı görünmür. Bu mövzu ortaya atılan oyundur".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək