Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan əleyhinə qərara
Azərbaycan əleyhinə qərara
Ana səhifə

Azərbaycan əleyhinə qərara BİGANƏ YANAŞANLAR - FOTO

Xpress.az Redaksiyası 28.07.2026 15:52

“İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Dövlət Televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını iyulun 23-ə yayımlayıb. Yəni AZ TV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, siyahıda Güney Azərbaycan Televiziyası da var və İran vətəndaşları əsasən Günaz TV-yə şəkil, video göndərir, şərhlər verirlər.

Politoloqun qənaətincə, İranın Kəşfiyyat Nazirliyi AZ TV-ni siyahıya məhz ona görə əlavə edib ki, bu Azərbaycan dövləti əleyhinə atılmış addım kimi qiymətləndirilsin: “Bu qərardan bir neçə gün sonra Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" keçirilib və həmin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Halbuki, İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı yayımladıqdan sonra səfər təxirə salına bilərdi. Tədbirlər zamanı onlara “Səhər” kanalının mikrofonları uzadılıb və təmsilçilərimiz tədbir, o cümlədən iki ölkə arasındakı münasibətlər barədə fikirlərini bildiriblər. Tutaq ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir və həmin tədbirə İran rəsmiləri, elm adamları və millət vəkilləri dəvət olunurlar, həmin şəxslər də onlara uzanan AZ TV mikrofonlarına fikirlərini bildirir, şərh verirlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı cinayət işi açarmı?”

Xpress

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək