Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Bakı Metropoliteni”nin qərarı ETİRAZ DOĞURDU:
“Bakı Metropoliteni”nin qərarı ETİRAZ DOĞURDU:
Ana səhifə

“Bakı Metropoliteni”nin qərarı ETİRAZ DOĞURDU: Analoqu olmayan DƏLƏDUZLUQ - VİDEO + FOTO

Xpress.az Redaksiyası 05.08.2026 15:17

“İşə gəlib-getmək üçün hər gün “Xalqlar dostluğu” metro stansiyasından minib “Dərnəgül”dən çıxıram. 1 manat 20 qəpik xərcləyirəm. İndi ən azı 10 ay ərzində 3 manat 60 qəpik xərcləməliyəm. Yəni, əlavə 2 manat 40 qəpik. “28 May”da düşüb avtobusa minməli, “Nizami”də yenidən metroya daxil olmalıyam və hər birində də 60 qəpik gediş haqqı ödəməliyəm, qayıdanda da eyni qaydada. Beləliklə, minimum 20 iş günündə əlavə olaraq 48 manat məndən (pul) alacaqlar. Minimum 10 ayda isə 480 manat. Bir vətəndaşdan. İndi bunu vurun yüz minlərə. Nəinki Cənubi Qafqazda, dünyanın heç bir yerində belə dələduzluğun analoqu yoxdur”.

Xpress.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı sosial media hesabında paylaşım edib.

Bununla o, avqustun 15-dən “Bakı Metropoliteni”ndə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılması çərçivəsində “Nizami” – “28 May” stansiyaları arasında qatarların fəaliyyət göstərməməsinin yaradacağı çətinliyə, vətəndaşların üzləşəcəyi maliyyə itkisinə diqqət çəkib.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC bugünlərdə bu barədə məlumat yayıb. Bildirilib ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək. Bu müddət ərzində qatarlar “Nizami" – "28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.

Qeyd olunub ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun həyata keçirilir.

Məlumata görə, layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

Hazırda “28 May” stansiyasının platformasında müxtəlif istiqamətlərə gedən sərnişinlər eyni platformadan istifadə edir ki, bu da xüsusilə pik saatlarda sıxlıq yaradır. Layihə başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Yeni keçid sərnişinlərin stansiyalar arasında daha rahat və sürətli hərəkətinə imkan verəcək.

Tikinti çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının ikinci mərhələsi tamamlanmaq üzrədir və “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin tikintisinə başlanılacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək