Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda yeni binalar üçün enerji pasportu məc...
Azərbaycanda yeni binalar üçün enerji pasportu məcburi olacaq -
Cəmiyyət

Azərbaycanda yeni binalar üçün enerji pasportu məcburi olacaq - VİDEO

Xpress.az Redaksiyası 08.09.2026 14:59

Gələn il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Mövcud binalara bu tələb yalnız yenidənqurma və ya əsaslı təmir işləri aparıldığı halda şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün isə enerji effektivliyi pasportunun alınması könüllü olacaq.

Pasportlaşdırma prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur. Bunun üçün enerji effektivliyi informasiya sisteminin alt sisteminin yaradılması üzərində iş aparılır. Tərtibatçılar binanın layihə göstəricilərini sistemə daxil etməklə enerji effektivliyi pasportunu elektron qaydada hazırlaya biləcəklər.

Enerji effektivliyi pasportunda binanın enerji sərfiyyatı və karbon qazı emissiyası üzrə sinfi, həmçinin isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf olunacaq enerji göstəriləcək.

Yeni sistemin tikintiyə icazə prosesinə də inteqrasiya edilməsi planlaşdırılır. Beləliklə, binanın enerji sərfiyyatı və mümkün enerji itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihələndirmə mərhələsində nəzərə alınacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək