Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan beynəlxalq yardıma 400 milyon dollar yö...
Azərbaycan beynəlxalq yardıma 400 milyon dollar yönəldib
Siyasət

Azərbaycan beynəlxalq yardıma 400 milyon dollar yönəldib

Xpress.az Redaksiyası 10.09.2026 10:24

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımını alıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.

XİN başçısının sözlərinə görə, yardımdan faydalananlar arasında Afrikanın 54 dövləti, Qoşulmama Hərəkatının 121 iştirakçı ölkəsindən 111-i, İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətindən 52-si, ən az inkişaf etmiş 44 ölkədən 43-ü, eləcə də inkişaf etməkdə olan 39 kiçik ada dövlətindən 28-i yer alır.

"2020-ci ildən ikitərəfli və çoxtərəfli kanallar vasitəsilə təxminən 400 milyon dollar yardım ayrılıb. COVID-19 pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib", - C.Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı Ebola epidemiyası ilə mübarizəyə dəstək və Qarşısı alına bilən korluqla mübarizə Alyansında iştirakı da əhatə edib.

"Bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçib, 150 mindən çox katarakta əməliyyatı aparılıb. Eyni zamanda, yerli tibb mütəxəssislərinin ixtisasının artırılması istiqamətində işlər həyata keçirilib", - C.Bayramov qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək