Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Lənkəran niyə turistlərin diqqətini çəkir? –
Lənkəran niyə turistlərin diqqətini çəkir? –
Cəmiyyət

Lənkəran niyə turistlərin diqqətini çəkir? – Regional Turizm İdarəsinin rəisi açıqladı

Xpress.az Redaksiyası 10.09.2026 08:12

Lənkəran cənub bölgəsinin incisi olmaqla yanaşı, Azərbaycanın turizm baxımından ən diqqətçəkən destinasiyalarından biridir.

Xpress.az xəbər verir ki, bu barədə Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən mediatur zamanı jurnalistlərə açıqlamasında danışıb.
İlqar Əzimov bildirib ki, Lənkəranın əsas üstünlüklərindən biri dağ və dəniz kimi fərqli təbiət imkanlarının bir ərazidə cəmlənməsidir. Onun sözlərinə görə, bu xüsusiyyət şəhərin turizm potensialını daha da artırır.
Regional Turizm İdarəsinin rəisi qeyd edib ki, son illər Lənkəranın turizm imkanlarından daha səmərəli istifadə olunması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və dəstək nəticəsində bölgədə bu istiqamətdə mühüm işlər görülür.
İ.Əzimov Lənkəranın zəngin milli kulinariya ənənələrinə də diqqət çəkib. O bildirib ki, yerli mətbəxin tanıdılması istiqamətində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə təbliğat işləri aparılır.
Onun sözlərinə görə, turistlərin bölgə haqqında daha rahat məlumat əldə etməsi üçün Lənkəranda turizm informasiya məntəqəsi də fəaliyyət göstərir.
Məntəqədə həftənin bütün günləri, o cümlədən bayram günlərində turistlərə Lənkəranın turizm imkanları, gəzməli-görməli məkanları və digər istiqamətlər barədə məlumat verilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək