Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bil...
Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər –
Cəmiyyət

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər – “İkinci paytaxt”

Xpress.az Redaksiyası 15.09.2026 10:26

Sosial şəbəkələrdə universitetlərə qəbul olaraq təhsil üçün Bakıya köçən tələbələrin paylaşımları paytaxtın artan yükü ilə bağlı müzakirələri gündəmə gətirib. İstifadəçilərin bir qismi yeni tələbə axınının onsuz da həddindən artıq yüklənmiş Bakıda vəziyyəti daha da ağırlaşdıracağını düşünür.

Əhali sıxlığı, nəqliyyat, infrastruktur və şəhərsalma sahəsində artan problemlər fonunda paytaxtın mövcud imkanlarının tələbatı qarşılamaqda çətinlik çəkdiyi bildirilir.

Bəs Bakının yükünü azaltmaq üçün ayrıca komissiyanın yaradılması və paytaxtın vəziyyətinin kompleks araşdırılması effektiv addım ola bilərmi? Şəhəri həddindən artıq yüklənmədən qorumaq üçün hansı tədbirlər görülməlidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, Bakı əhali baxımından kifayət qədər yüklənib:

“Mərkəzi şəhəri, paytaxtı bu qədər yükləmək olmaz. Artıq avtomobillərin sayı 2 milyona çatıb. Çıxış yollarından biri regionlarda iqtisadi inkişafın davam etdirilməsi, yeni iş yerlərinin açılmasıdır”.

V.Əhmədovun fikrincə, yeni bir şəhərin salınmasına ehtiyac var:

“Yaşma tərəfdə, yaxud Qaradağ istiqamətində yeni bir şəhər qurmaq olar. Bu şəhərin Bakıya yaxın olması vacibdir. Bəzi nazirliklər, universitetlər ora köçürülsün. Hətta paytaxtın mərkəzi funksiyalarının da müəyyən hissəsinin ora köçürülməsi mümkündür. Yəni müəyyən tədbirlər görməklə bu problemi həll etmək lazımdır. Əks halda vəziyyət daha da çətinləşəcək. İndi hələ dərslər başlamayıb, baxıram ki, artıq çox ciddi tıxaclar olur. Ona görə də bu, kompleks şəkildə həll olunmalı məsələdir”.

İqtisadçı bildirib ki, mütləq xüsusi komissiyanın yaradılmasına ehtiyac var:

“Ümumiyyətlə, Bakının qarşısında duran bu məsələ gələcəkdə çox ciddi problemlər yarada bilər. Nə qədər yollarda tikinti işləri aparılsa, alternativ yollar çəkilsə, yollar asfaltlansa da, bu, yenə öz bəhrəsini verməyəcək. Burada yeganə məsələ Bakıya yaxın yeni bir şəhərin qurulmasıdır. Yenə dediyim kimi, Yaşma və ya Qaradağ tərəfdə müəyyən bir şəhərin salınması və universitetlərin, müəyyən nazirliklərin ora köçürülməsi məsələsinə baxılmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək