Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan XİN 5 ölkəni təbrik edib
Azərbaycan XİN 5 ölkəni təbrik edib
Siyasət

Azərbaycan XİN 5 ölkəni təbrik edib

Xpress.az Redaksiyası 15.09.2026 12:20

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.

Xpress.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə paylaşımda bildirilib.

Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib:

"Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!"

Rəsmi Bakı Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.

"Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!" , - deyə paylaşımda qeyd olunub.

Həmçinin Honduras da Milli Günü münasibəti ilə təbrik olunub:

"Hondurasın Milli Günü münasibətilə Honduras xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!"

Rəsmi Bakının təbrikində həmçinin Nikaraqua da var.

"Nikaraqua Respublikasının Milli Günü münasibətilə Nikaraqua xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə təbrikdə bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək