Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Məktəblər açıldı, taksi qiymətləri yüksəldi:
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi:
Cəmiyyət

Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Bu gün nə qədər bahalaşma oldu?

Xpress.az Redaksiyası 15.09.2026 20:49

Yeni tədris ilinin başlaması ilə səhər saatlarında yollarda nəqliyyat sıxlığı yaranıb. Bu isə taksi xidmətlərinin qiymətlərində də artımla müşahidə olunub.

Oxu.az-ın apardığı müşahidələrə əsasən, səhər saat 06:49-dan 08.11-dək bəzi istiqamətlər üzrə taksi qiymətlərində 2-6 manatadək artım qeydə alınıb.

Belə ki, Sumqayıt şəhərində yerləşən "Bağçaşəhər" yaşayış kompleksindən metronun "20 Yanvar" stansiyası istiqamətinə saat 06:49-da taksi sifarişinin qiyməti 17.90 manat olduğu halda saat 07:13-də eyni istiqamət üzrə qiymət 22.90 manata yüksəlib.

Qiymət artımı həm ekonom, həm komfort, həm də prioritet sifarişlərdə özünü göstərib.

Digər bir nümunədə isə Bakı şəhəri, Dadaş Bünyadzadə küçəsi, 9 ünvanından "28 Mall" istiqamətinə taksi qiyməti saat 06:49-da 14.90 manat, saat 08:11-də isə 17.90 manat təşkil edib.

Eyni zamanda, bəzi istiqamətlər üzrə gediş və qayıdış qiymətlərinin də fərqli olduğu müşahidə edilib.

Məsələn, Bakı şəhəri, Cavadxan küçəsi, 40 ünvanından Dilarə Əliyeva küçəsi, 161 ünvanına taksi sifarişinin qiyməti 6.90 manat olduğu halda, əks istiqamətdə, yəni Dilarə Əliyeva küçəsi, 161-dən Cavadxan küçəsi, 40-a gedişin qiyməti 9.90 manat göstərilib.

Qeyd edək ki, taksi qiymətləri tələbat, yol şəraiti və digər dinamik amillərdən asılı olaraq dəyişə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək