Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti art...
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq -VİDEO
Cəmiyyət

Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq -VİDEO

Xpress.az Redaksiyası 28.09.2026 09:19

Bakıətrafı bəzi kənd və qəsəbələrə dəmir yolu xəttinin çəkilməsi təkcə nəqliyyat məsələsini həll etməyəcək, həm də əmlak bazarına təsir göstərəcək. 2025-2030-cu illəri əhatə edən Dövlət proqramında nəzərdə tutulan bəzi xətlərin yaxınlığında torpaq və evlərə marağın artacağı gözlənilir.

 Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi həmin ərazilərə marağı artıra bilər.

Adıçəkilən bu qəsəbələrə Dövlət proqramı çərçivəsində 2030-cu ilə qədər sürət qatarının getməsi üçün dəmir yolu xətləri çəkiləcək. Artıq bəzi ərazilərdə işlərə də başlanıb.

Ekspertlər hesab edirlər ki, xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərin nəqliyyat baxımından daha əlçatan olması daşınmaz əmlak bazarında yeni qiymət dinamikası yarada bilər.

Nəqliyyat imkanlarının genişlənməsi xüsusilə şəhərdən kənarda daha münasib qiymətə ev və torpaq axtaranlar üçün bu əraziləri cəlbedici edə bilər.

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tələb artdıqca qiymətlərdə də ciddi dəyişiklik ehtimalı yaranır.

Yəni şəhər mərkəzindən uzaq hesab olunan bəzi qəsəbələrdə nəqliyyat əlçatanlığı əmlakın qiymətinə təsir edən əsas amillərdən birinə çevrilə bilər. Xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərdə qiymət artımının daha nəzərəçarpan olması gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək