Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü
“Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü
Cəmiyyət

“Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü

Xpress.az Redaksiyası 21.10.2026 15:30

“Brain Academy”nin Razin filialında 2 yaşlı autizm spektrli azyaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.

Bu barədə uşağın yaxını Ramin Balayev Bakues.az-a şikayət məktubu göndərib.

Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən 2 yaşlı autizm spektrli azyaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.

Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərdə müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.

Uşağın yaxınları hadisədən sonra uşaqda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.

Uşağın ailəsi günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək