Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda “kupça”sız evlərlə bağlı yeni təklif...
Azərbaycanda “kupça”sız evlərlə bağlı yeni təklif –
Cəmiyyət

Azərbaycanda “kupça”sız evlərlə bağlı yeni təklif – Minlərlə ailə bunu gözləyir

Xpress.az Redaksiyası 16.10.2026 09:06

Azərbaycanda bəzi evlərə çıxarışın (kupçanın) verilməsi qanunvericiliyin tələblərinə görə mümkünsüzdür. Mühafizə zonalarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, təhlükəli ərazilərdə və qanunsuz zəbt edilmiş torpaqlarda tikilən evlər bu kateqoriyaya daxildir. Lakin həmin ərazilərdə 20-30 ildən artıqdır yaşayan insanların olması problemin həllini daha da aktuallaşdırır.

Həmin evlərdə yaşayanların aqibəti necə olacaq? “Kupça” ilə təmin olunmayacaqlar?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, həmin evlər uzun müddətdir istismar olunursa, kommunal xərclər ödənilirsə və faktiki mülkiyyət mövcuddursa, məsələ başqa aspektdən qiymətləndirilməlidir:

“Azərbaycan dövləti bu cür hallarda həmişə humanist mövqedən çıxış edir. Həmin vətəndaşlara kompensasiya verilməsi və ya alternativ yaşayış sahəsi ilə təmin olunmaları nəzərdə tutula bilər. Bütün hallarda vətəndaşlar evsiz və eşiksiz qalmamalıdırlar. Əgər tikililər tamamilə qanunsuz idisə, onların tikintisinə və kommunal xidmətlərdən istifadəsinə əvvəlcədən imkan verilməməli idi. İnsanlar illərdir həmin ərazilərdə yaşayırsa, hüquqi baxımdan tanınmasa da, onların faktiki mülkiyyət vəziyyəti mövcuddur. Belə hallarda evlərin sökülməsi zəruri olarsa, vətəndaşlara kompensasiya verilməsi və ya yeni mənzillərlə təmin olunmaları yeganə alternativ yoldur”.

İqtisadçı bildirib ki, başqasına məxsus olmayan və müvafiq şərtləri pozmayan torpaq sahələri üzrə əmlak amnistiyası həyata keçirmək mümkündür:

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əsas təkliflərindən biri də əmlak amnistiyasının keçirilməsidir. Yaşayış təyinatlı torpaqlarda inşa edilmədiyinə görə qanunsuz hesab olunan evlərin müvafiq torpaq sahələri ayrılmaqla qanuniləşdirilməsi təklif edilir. Müvafiq icazə alınmadan tikilmiş evlər də hüquqi baxımdan qanuniləşdirilməlidir. Qanunla tikintisi qadağan olunan ərazilərdəki evlər istisna olmaqla, uzun müddət həmin ərazilərdə yaşayan vətəndaşlara kompensasiya verilməsi və ya yaşayış sahəsi ilə təmin olunmaları vacibdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI

20.10.2026 21:43 İqtisadiyyat

SOCAR yeni şirkət yaradıb -

20.10.2026 21:27 Cəmiyyət

“Yelo Bank” depozit fazilərini azaltdı

20.10.2026 21:19 İqtisadiyyat

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı

20.10.2026 21:13 Cəmiyyət

“Bolt” taksisində təhdid edilən xanım özünü maşından atdı

20.10.2026 20:51 Cəmiyyət

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

20.10.2026 20:04 Cəmiyyət

Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir əziyyət çəkirik

20.10.2026 17:53 Təhsil

Xocavəndin iki kəndinə qaz xətti çəkilir –

20.10.2026 15:16 Cəmiyyət

ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ

20.10.2026 14:44 İqtisadiyyat

Uşaqlar arasında yayılan virus nədir?

20.10.2026 13:14 Sağlamlıq

Sığorta sektorunun investisiya portfeli 11%-ə yaxın kiçilib

20.10.2026 12:20 İqtisadiyyat

ASB qiymətli kağızlar bazarından kənarda,

20.10.2026 11:59 Cəmiyyət

Bir vaxtlar “İrşad” hotel kimi fəaliyyət göstərən obyekt 6 milyon manata satılır

20.10.2026 11:43 Cəmiyyət

“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar

20.10.2026 11:22 Cəmiyyət

Bu tarixdən çörək bahalaşa bilər

20.10.2026 11:09 Cəmiyyət

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20.10.2026 10:38 Cəmiyyət

Metropoliten bu gün xüsusi rejimdə işləyəcək

20.10.2026 10:35 Cəmiyyət

Azərbaycanda gənclərin sayında kəskin azalma

20.10.2026 10:05 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək