Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər k...
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Siyasət

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Xpress.az Redaksiyası 09.11.2026 11:17

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir.

Hərbi qulluqçuların iştirakı ilə saat 11:00-da başlayan yürüşlər 13:00-dək davam edəcək.

Yürüşlər aşağıdakı marşrutlar üzrə həyata keçirilir:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - Çəmbərəkənd parkı - "İçərişəhər" metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli;

- Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - "28 Mall" Ticarət mərkəzi;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı.

Qeyd edək ki, həmçinin yürüşlər Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektlərində də təşkil olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək