Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
Dünya

ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi

Xpress.az Redaksiyası 15.11.2026 22:02

Təkmilləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın cənubunda Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasına yerləşdirilib.

Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Bildirilib ki, modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə olaraq ABŞ xaricindəki hərbi bazaya yerləşdirilib.

Daha əvvəl bildirilmişdi ki, bu qırıcılardan 36-sının cəmi bir neçə il ərzində Okinavaya yerləşdirilməsi planlaşdırılır.

Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək