Hüseyin Yayman: Azərbaycan və Türkiyənin qardaşlığını kimsə poza bilməz - VİDEO
Azərbaycan və Türkiyə xalqlarının qardaşlığını kimsə poza bilməz
Bunu Türkiyədə keçirilən VI Qlobal Media Qurultayı çərçivəsində AKP-li millət vəkili Hüseyin Yayman Xpress.az-ın suallarını cavablandırarkən deyib.
H.Yayman son günlərdə Türkiyə və Azərbaycan arasında yaşanan söz-söhbəti və Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfərini şərh edərkən bildirib ki, dövlət başçıları Şuşada görüşərək lazım olan bütün açıqlamaları verdilər:
"Bu görüş çox önəmli idi. Bilirsiniz ki, biz hər zaman bunu söylədik: Bir millət, iki dövlət. Türkiyə ilə Azərbaycan arasında tarixi sarsılmaz bağlar var və bu bağlar hər keçən gün daha da möhkəmlənməkdədir. Bu bağlar sadəcə dövlət başçılarımız, sadəcə dövlətlər arasındakı bağlar deyil, həm də millətlər, xalqlar arsındakı çox sarsılmaz bağlardır. Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətləri, qardaşlığı kimsə poza bilməz, buna cəsarət də edə bilməz".