Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Sara Əzimova: “Azərbaycanın səsini beynəlxalq medi...
Sara Əzimova: “Azərbaycanın səsini beynəlxalq mediada duyurmaq əsas hədəfimizdir”
Media

Sara Əzimova: “Azərbaycanın səsini beynəlxalq mediada duyurmaq əsas hədəfimizdir”

Xpress.az Redaksiyası 09.11.2026 12:29

Türkiyənin Alanya şəhərində keçirilən VI Qlobal Media Görüşündə iştirak edən Azərbaycanın Naxçıvan Muxtar Respublikasından olan jurnalist, ANZ.AZ xəbər portalının təsisçisi və baş redaktoru Sara Əzimova beynəlxalq media əməkdaşlığının əhəmiyyətindən danışıb.

Sara Əzimova Xpress.az-a bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin bir araya gəlməsi jurnalistika sahəsində yeni əməkdaşlıq imkanlarının yaranması, qarşılıqlı təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu cür beynəlxalq platformalarda iştirak etmək bizim üçün yalnız peşəkar təcrübə mübadiləsi deyil, həm də ölkəmizi təmsil etmək baxımından böyük məsuliyyətdir. Məqsədimiz Azərbaycanın, xüsusilə Naxçıvanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, regionumuzda baş verən yenilikləri beynəlxalq ictimaiyyətə daha geniş çatdırmaqdır. Burada Avropa, Asiya və digər qitələrdən olan həmkarlarımızla qarşılıqlı xəbər mübadiləsi və gələcək əməkdaşlıq istiqamətində səmərəli müzakirələr aparırıq”, – deyə o vurğulayıb.

S.Əzimova Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin media sahəsində də öz əksini tapmasının vacibliyini qeyd edib:

“İnanıram ki, belə görüşlər ölkələrimiz arasında informasiya əlaqələrinin daha da güclənməsinə, eyni zamanda Azərbaycan həqiqətlərinin, Qarabağın və Naxçıvanın beynəlxalq mediada daha geniş işıqlandırılmasına töhfə verəcək. Biz jurnalistlər olaraq ölkələrimiz və xalqlarımız arasında informasiya körpüsü yaratmağa çalışmalıyıq”.

Sonda S.Əzimova beynəlxalq media nümayəndələrini bir araya gətirən bu əhəmiyyətli tədbirin təşkilinə görə Küresel Gazeteciler Konseyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək