Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Gündəm

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Xpress.az Redaksiyası 09.11.2026 13:31

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb.

Bu barədə Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Ekologiya və planetin mühafizəsi çağırışlarını özündə əks etdirən "One Home" bəstəsi iqlim dəyişikliyinin yaratdığı təhlükələrə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Mahnının mətnində təbiətin qorunması, meşələrin və okeanların mühafizəsi, eləcə də gələcək nəsillər üçün planetə sahib çıxılmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, bəstə COP31-in iqlim və ətraf mühitin mühafizəsi ilə bağlı universal mesajlarını musiqi vasitəsilə daha geniş qlobal auditoriyaya çatdırmağa hədəflənib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək