Gündəm
26 min təhlükəsizlik işçisi - Türkiyə COP31-ə tam hazırdır
Xpress.az Redaksiyası
09.11.2026 15:32
Antalyada başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) və Liderlər Sammitinin təhlükəsizliyi üçün 26 min təhlükəsizlik işçisi vəzifələndirilib.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi deyib.
Nazir Çiftçi 20 noyabra qədər davam edəcək konfrans üçün hazırlıqların tamamlandığını bildirib.