Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanda mina təhlükəsi barədə COP31-də xüsusi...
Azərbaycanda mina təhlükəsi barədə COP31-də xüsusi film nümayiş olunacaq
Gündəm

Azərbaycanda mina təhlükəsi barədə COP31-də xüsusi film nümayiş olunacaq

Xpress.az Redaksiyası 09.11.2026 15:43

Azərbaycanda mina təhlükəsinin miqyasını beynəlxalq auditoriyaya çatdırmaq məqsədilə pavilyonda xüsusi filmin nümayişi nəzərdə tutulub.

Xpress.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, mina təhlükəsi qlobal humanitar və ekoloji problem kimi beynəlxalq gündəmə gətirilməlidir.

"Ölkədə ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı proqramlar qəbul edilib, dövlət tərəfindən bu sahəyə böyük həcmdə maliyyə vəsaiti və resurslar ayrılıb. Bununla belə, mina təhlükəsi yalnız Azərbaycanın üzləşdiyi problem deyil. Dünyada 30-40 ildir bu təhdidlə mübarizə aparan, lakin hələ də problemin həllinə nail ola bilməyən ölkələr var", - M.Babayev bildirib.

M.Babayev bu mənada mina probleminin təkcə Azərbaycan kontekstində deyil, qlobal humanitar və ekoloji təhlükə kimi beynəlxalq gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb: "Minalar insanların həyat və təhlükəsizliyinə ciddi təhdid yaratmaqla yanaşı, sosial və ekoloji fəsadlara da səbəb olur. Mina təhlükəsinə qarşı beynəlxalq mübarizənin gücləndirilməsi və problemin dünya ictimaiyyətinin diqqətində saxlanılması ciddi əhəmiyyətə malikdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək