COP31 iştirakçılarına muzey və abidələrə giriş pulsuzdur
Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Antalyanın ev sahibliyi rtdiyi COP31 üçün davamlı turizmdən mədəni irsə, sənət tədbirlərindən iqlim savadlılığına qədər uzanan əhatəli proqram hazırladıqlarını açıqlayıb.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, nazirin sözlərinə görə, COP31 iştirakçıları üçün bütün muzey və abidələrə giriş pulsuzdur.
Türkiyənin beynəlxalq təşkilatçılıq potensialını, davamlı turizm fəaliyyətlərini və mədəni zənginliyini geniş proqramla beynəlxalq iştirakçılara tanıdacaqlarını bildirən Ersoy deyib:
"COP31 ölkəmizin mədəni zənginliyini və turizm potensialını dünyaya tanıtmaq üçün mühüm bir fürsətdir. Hazırlıqlarımızı beynəlxalq əməkdaşlıqlardan mədəniyyət və sənət tədbirlərinə, iqlim məlumatlılığından Antalyaya qazandıracağımız daimi imkanlara qədər uzanan bir anlayışla aparırıq".