Gündəm
COP31-də Xəzər dənizinin problemləri də müzakirə ediləcək
Xpress.az Redaksiyası
09.11.2026 16:39
Azərbaycanın COP-31 gündəliyindəki əsas mövzular arasında həm də Xəzər dənizinin problemləri yer alır.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümsyəndısi Muxtar Babayev COP 31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, Xəzər dənizinin çəkilməsi məsələsi ən mürəkkəb mövzulardan biridir:
"Həm pavilyonda, həm də digər məkanlarda keçirilən tədbirlərdə bu məsələni gündəmə gətirəcəyik. Çalışacağıq ki, dünya təşkilatları və maliyyə institutlarının bu məsələyə marağı artsın".