Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Yataqxanada meyiti tapılan Elvira ilə bağlı -
Yataqxanada meyiti tapılan Elvira ilə bağlı -
Gündəm

Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama

Xpress.az Redaksiyası 15.11.2026 16:06

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

“Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Elviranın əziz xatirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək