Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? -
Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? -
Ana səhifə

Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? - RƏSMİ AÇIQLAMA + FOTO

Xpress.az Redaksiyası 13.11.2026 17:28

Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün Rəsul Səfiyar oğlu Məhərrəmov bugünlərdə sosial media üzərindən Azərbaycan Prezidentinə videomüraciət edib.

Xpress.az xəbər verir ki, o, videomüraciətində həyat yoldaşı və 3 oğlu ilə birlikdə Goranboy rayonunun Meşəli kəndində 17 il çadırda yaşadığını vurğulayıb.

Qeyd edib ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 2025-ci ildə onların şəraiti ilə yaxından tanış olub, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək, ağır şəraitdə yaşayan ailənin evlə təmin olunmasını xahiş edib.

Şikayətçinin sözlərinə görə, bu hadisədən sonra o, 2025-ci ilin iyun ayında Dövlət Komitəsində püşkatmada iştirak edib, Ağdərə rayonunun Həsənriz kəndində evlə təmin olunub. Lakin qeyd edilən evə köçmək istəyəndə, artıq həmin mənzilin başqa bir nəfərə - şəhid ailəsinə verildiyini görüb. Belə olan halda onlar təmirsiz başqa bir evə köçürülüblər.

R.Məhərrəmovun iddiasına görə, bir müddət sonra onun ailəsi bu evdən də Kəlbəcər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorla çıxarılıb, təkrar Goranboy rayonunun Meşəli kəndinə gətirilib.

Hazırda Goranboy rayonunun Gülüstan kəndinə yaxın meşəlik ərazidə taxta və çadırdan ibarət olan müvəqqəti sığınacaqda ağır şəraitdə yaşadığını söyləyən R.Məhərrəmov aidiyyəti dövlət qurumlarının vətəndaş şikayətlərinə biganə yanaşmasından gileylənib. O, ailəsinə qarşı baş verən bu hadisələrə etiraz əlaməti olaraq Azərbaycanı tərk etmək, başqa ölkəyə sığınmaq istədiyini diqqətə çatdırıb.

Xpress.az Kəlbəcərdən olan keçmiş məcburi köçkün R.Məhərrəmovun şikayəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya müraciət edib.

Şuradan bildirilib ki, keçmiş məcburi köçkünün şikayəti diqqət mərkəzində  saxlanılıb və videomüraciət sosial media platformasında yayılandan sonra araşdırılması üçün Dövlət Komitəsinə yönləndirilib. Komitədən dərhal cavab verilib ki, Kəlbəcər rayonunun Həsənlər kəndindən keçmiş məcburi köçkün Məhərrəmov Rəsul Səfiyar oğlu 10 iyun 2025-ci il tarixdə Ağdərə rayonunun Həsənriz kəndində bərpa edilərək istifadəyə verilən fərdi yaşayış evlərinə keçirilən püşkatmada iştirak edib. O, 5 nəfərlik ailə tərkibinə uyğun olaraq 3 otaqdan ibarət, 1922123 inventar kodlu yaşayış evinin püşkünü götürüb. Lakin köçürülmə zamanı vətəndaşla telefon vasitəsilə əlaqə saxlanılanda o, həmin evi bəyənmədiyini və köçməkdən imtina etdiyini bildirib.

Komitənin məlumatına görə, belə olan halda 1922123 inventar kodlu ev aktlaşdırılaraq, Bərdə rayonu Yeni Əyricə adlanan ərazidə daxalda məskunlaşan, ağır şəraitdə yaşayan Kəlbəcər rayonunun Susuzluq kəndindən keçmiş məcburi köçkün İzzət İsa oğlu İsmayılova verilib.

24 iyun 2025-ci il tarixində İ.İsmayılovun həmin evə köçürülməsi həyata keçirilib: “Sonradan R.Məhərrəmov haqsız olaraq elə bir söz demədiyini, evin onun razılığı olmadan geri alındığını bildirib. 18 iyul 2025-ci il tarixində vətəndaş yenidən püşkatmaya dəvət olunub. R.Məhərrəmov bu dəfə atasını atın vurduğunu əsas gətirərək püşkatmaya gəlməyib. Vətəndaş sonradan növbəti dəfə püşkatmaya dəvət olunsa da yenidən püşkatmada iştirakdan imtina edib”.

Dövlət Komitəsindən o da bildirilib ki, sonradan R.Məhərrəmov Həsənriz kəndində təmiri tam bitməmiş, Komitəyə köç üçün təqdim olunmamış evi qanunsuz olaraq zəbt edib. O, həmin evin ailəsinə verilməsini tələb edib. Onun bu qanunsuz əməlinə cavab olaraq Xüsusi Nümayəndəliyin müraciəti əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz zəbt olunan mənzil boşaldılıb.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək