Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlən...
AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir
İqtisadiyyat

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

Xpress.az Redaksiyası 13.11.2026 12:18

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) beynəlxalq səviyyədə tanınmış qurumlarla tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirir.

Xpress.az xəbər verir ki, bunu AzAK-ın Keyfiyyət üzrə meneceri Ləman Salmanova "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu" adlı tədbirdə deyib.

L. Salmanova bildirib ki, AzAK 2025-ci il avqustun 3-dən başlayaraq ISO/IEC 17025:2017 standartına uyğun olaraq Akkreditasiya üzrə Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatına (APAC) tamhüquqlu üzv qismində qəbul olunub:

"Bundan sonra, avqustun 28-də mərkəz həmin standart çərçivəsində Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) da tamhüquqlu üzv statusu ilə daxil olub. Beləliklə, 2023-2025-ci illəri əhatə edən dövlət proqramında beynəlxalq akkreditasiya istiqamətində müəyyən edilmiş məqsədlər uğurla reallaşdırılıb".

L.Salmanova həmçinin qeyd edib ki, müxtəlif dövlətlərin akkreditasiya orqanları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb: "Bu sıraya Türk Akkreditasiya Agentliyi, Özbək Akkreditasiya Mərkəzi, Böyük Britaniya Akkreditasiya Qurumu, Xorvatiya Akkreditasiya Agentliyi, Belarus Dövlət Akkreditasiya Mərkəzi, İtaliyanın Vahid Akkreditasiya Orqanı, Gürcüstan Akkreditasiya Mərkəzi, Serbiyanın Akkreditasiya Orqanı və Qazaxıstan Respublikasının Milli Akkreditasiya Mərkəzi daxildir".

Əli Məmmədli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək