Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükün...
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
İqtisadiyyat

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

Xpress.az Redaksiyası 13.11.2026 08:39

İraq və Azərbaycan neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan təbii qazının Türkiyə ərazisindən tranzitlə İraq bazarına tədarükü perspektivləri ilə bağlı danışıqlar aparıblar.

"Report" İraqın Neft Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar İraqın neft nazirinin qaz məsələləri üzrə müavini İzzət Sabir İsmayıl ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qəhrəmanov arasında keçirilən görüşdə baş tutub.

Görüş çərçivəsində tərəflər perspektivli tərəfdaşlıq və investisiya istiqamətlərini, eləcə də neft-qaz sektorunun inkişafı və ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə təcrübə mübadiləsi məsələlərini nəzərdən keçiriblər.

İ.İsmayıl nazirliyin nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirməyə, qaz sektorunun inkişafı, daxili hasilatın artırılması və səmt qazından daha səmərəli istifadə üzrə planların həyata keçirilməsi üçün onların texniki və texnoloji potensialından yararlanmağa hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan təbii qazının Türkiyə üzərindən tranzitlə İraqa nəqli imkanları müzakirə olunub. Həmçinin qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji sisteminin dayanıqlığının artırılması istiqamətində səylər kontekstində bu layihənin texniki və logistika aspektləri, eləcə də mövcud icra variantları təhlil edilib.

Tərəflər potensial əməkdaşlıq istiqamətlərinin və təklif olunan layihələrin işlənib hazırlanması məqsədilə koordinasiya və məsləhətləşmələri davam etdirmək, həmçinin texniki görüşləri intensivləşdirmək barədə razılığa gəliblər. Bildirilib ki, bu, enerji sahəsində tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq və İraqın enerji infrastrukturunu gücləndirəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək