Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış – “Dəyişiklik onlardan başlamalıdır”
Türkiyəli tanınmış aktyor Kerem Bürsin COP31 çərçivəsində Xpress.az-ın suallarını cavablandırıb.
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) tanınmış simalar da qatılıb.
Xpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi Liderlər Zirvəsində siyasi və ictimai xadimlərlə yanaşı, sənət dünyasının məşhur simaları da iştirak edib.
Kerem Bürsin, Meryem Uzerli, Demet Şener, Tuba Büyüküstün, Barış Arduç və Ava Yaman kimi tanınmış şəxslər tədbir üçün Antalyaya gəliblər.
Tədbirdə çıxış edən aktyor Kerem Bürsin iqlim dəyişikliyi ilə mübarizədə yalnız fərdlərin deyil, böyük şirkətlərin, fabriklərin və dövlət qurumlarının da məsuliyyət daşımalı olduğunu bildirib.
Aktyor vurğulayıb ki, bu cür beynəlxalq zirvələrdə səsləndirilən fikirlər sadəcə bəyanat olaraq qalmamalı, real addımlarla müşayiət edilməlidir.
Bürsinin sözlərinə görə, insanların gündəlik vərdişlərini dəyişməsi, istehlak zamanı karbon izini nəzərə alması vacibdir. Lakin problemin həlli üçün əsas dəyişikliklər istehsalçı şirkətlərdən və böyük qurumlardan başlamalıdır.
“Əgər birdəfəlik plastik məhsulların istehsalını dayandırsaq, insanlar da onlardan istifadə etməyəcək. Fərdlər, əlbəttə, məsuliyyətlərini dərk etməlidirlər. Amma mən burada daha çox qurumlara səslənirəm. Dəyişiklik onların liderliyi ilə baş verməlidir”, – deyə aktyor bildirib.
O, böyük holdinqlərin, fabriklərin və digər qurumların bu prosesdə öncül rol oynamalı olduğunu qeyd edib. Bürsin hesab edir ki, müvafiq qanunvericilik təşəbbüsləri və dövlət nəzarəti də iqlim dəyişikliyi ilə mübarizəni sürətləndirə bilər.
Aktyor çıxışının sonunda əsas məqsədin vədlər vermək deyil, konkret addımlar atmaq olduğunu vurğulayıb.
- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək. - www.sualcavab.com
WhatsApp: +994 10 526 82 79 - Instagram: onlayn_sualcavab