Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "TikTok"da canlı yayım açan sürücülərin
"TikTok"da canlı yayım açan sürücülərin
Cəmiyyət

"TikTok"da canlı yayım açan sürücülərin DİQQƏTİNƏ

Xpress.az Redaksiyası 11.11.2026 10:27

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtomobil idarə edərkən "TikTok"da canlı yayım açan sürücülərə müraciət edib.

Bu barədə Xpress.az-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir:

"Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir.

Hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır. Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.

Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər.

Qeyd edilənləri nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda məsuliyyətli və diqqətli olmağa çağırır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək