Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı
Antalyada keçirilən COP31 konfransları çərçivəsində əvvəlki dövr COP Sədrləri Türkiyənin sədrlik etməsini dəstəkləmək üçün ortaq bəyanat yaydı.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Mavi Zonada yerləşən Mövlana Cəlaləddin Rumi Mətbuat Konfransı Salonunda COP-un keçmiş sədrləri ortaq iclas keçirdi.
COP31 Sədri və Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurumun da qatıldığı iclasda COP31 Danışıqlar Sədri və Avstraliya İqlim Dəyişikliyi və Enerji Naziri Kris Bouen, COP Sədrləri Məsləhət Qrupu Sədri və COP21 Sədri Loran Fabius, COP30 Sədri Andre Korrea do Laqo (Braziliya), COP29 Baş Danışıqçısı və Azərbaycan Xarici İşlər Nazirinin Müavini Yalçın Rəfiyev, COP26 Sədri Alok Şarma (Birləşmiş Krallıq), COP24 Sədri Mixal Kurtıka (Polşa), BMT 75-ci Baş Assambleya Sədri Volkan Bozkır iştirak etdi.
Aleksandr Siayerin moderatorluğunda keçirilən proqramda COP Sədrləri Məsləhət Qrupu Sədri Fabius son 5 dövrün bütün keçmiş COP sədrliklərinin ortaq qərarı ilə hazırlanan COP31 Sədrliyinə dəstək bəyanatını oxudu.
Fabius bildirdi: "COP31 sədrliyi ərzində Türkiyəni dəstəkləyəcəyik. Danışıqlar Sədri Avstraliyanı dəstəkləyəcəyik. İclaslarda hamımız birlikdə dəstək olacağıq. COP31 çoxtərəflilik baxımından etibarı gücləndiəcək, bu da kollektiv qərarlarımızın nələr edə biləcəyini göstərərək sübut edəcək".