Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir
Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir.
Xpress.az-ın Antalyaya ezam olunmuş əmədaşı xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, konfransdan emissiyaların azaldılması və bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi istiqamətində konkret qərarlar və güclü mesajlar gözlədiklərini bildirib.
BMT-nin Baş katibi yaxın illərdə qlobal emissiyaların ən azı 6 faiz azaldılmasının vacibliyini vurğulayıb, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılmasına çağırış edib.
Quterreş Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır tullantı" layihəsini yüksək qiymətləndirib və onun iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayıb.